Səhiyyə Barmağınızın Ucundadır!
Səhiyyənin gələcəyini biometriya ilə təmin edən BioScript, resept təhlükəsizliyini barmaq izi ilə artırır, sui-istifadənin qarşısını alır və bütün prosesləri rəqəmsallaşdırır.

BioScript Nədir?
BioScript — səhiyyə sahəsində istifadəyə yönəlmiş biometrik resept və elektron identifikasiya sistemidir. Layihə həkimlərin elektron reseptləri təhlükəsiz şəkildə yazmasını, pasiyentlərin isə apteklərdən yalnız özlərinə aid reseptlər üzrə dərmanları əldə etməsini təmin edir.
Sistemimiz, barmaq izi texnologiyası ilə resept saxtakarlığının və dərman sui-istifadəsinin qarşısını alır, kağız sənədləşməni aradan qaldırır və bütün prosesi rəqəmsallaşdıraraq səhiyyə xidmətlərini daha müasir və səmərəli edir.
BioScript-in Əsas Üstünlükləri
Sistemimiz mövcud həllərdən daha təhlükəsiz, daha rahat və daha səmərəlidir.

Həkimlər üçün Süni Zəka Dəstəyi
BioScript, resept yazma prosesini daha ağıllı və təhlükəsiz etmək üçün süni zəka gücündən istifadə edir. AI köməkçimiz, xəstənin bütün tibbi keçmişini analiz edərək həkimlərə ən optimal dərmanları tövsiyə edir.
Dəqiq Diaqnoz və Müalicə
AI, xəstənin bütün tibbi tarixçəsini analiz edərək ən uyğun dərmanları təklif edir və diaqnozun dəqiqliyini artırır.
Ağıllı Tövsiyələr
Mövcud simptomlar və əvvəlki müalicələrə əsasən, süni zəka həkimə alternativ dərmanlar və dozalar barədə tövsiyələr verir.
Səhvlərin Minimuma Endirilməsi
Dərmanların qarşılıqlı təsirini və pasiyentin allergiyalarını nəzərə alaraq, AI potensial riskləri və səhvləri əvvəlcədən müəyyən edir.
Uğurlarımız və Nailiyyətlərimiz
Layihəmizin qısa zamanda əldə etdiyi uğurlarla fəxr edirik.
SUP.VC və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışmada 3-cü yer və inkubasiya proqramına qəbul.
SUP.VC & IRIA
Naxçıvan MR Təhsil Nazirliyinin STEAM Naxçıvan layihəsi çərçivəsində keçirilən yarışmada ("Ağıllı Aptek" adı ilə) 1-ci yer.
STEAM Naxçıvan
Layihənin praktiki tətbiqi və faydalarına dair Naxçıvan Dövlət Universitetinin Xəstəxanasından alınmış müsbət rəsmi rəy.
NDU Xəstəxanası
Ən Son Yazılarımız
Sektorla bağlı ən son xəbərlər, yeniliklər və məqalələr.

BioScript olaraq, xəstələrin şəxsi məlumatlarının qorunması və tibbi xidmətlərin təhlükəsizliyini təmin etmək üçün biometrik təhlükəsizlik sistemləri təqdim edirik. Barmaq izi, üz tanıma və digər biometrik üsullar sayəsində, səhiyyə məlumatlarınız maksimum qorunur, dərman təslimatları və həkim girişi isə tam şəffaf və etibarlı olur. Süni intellektlə inteqrasiya olunmuş sistemimiz, həmçinin həkimlərin qərar verməsini dəstəkləyir və səhiyyədə inqilabi yeniliklər yaradır.